"Bu gün Azərbaycan ən böyük bərpa və geridönüş proqramlarını həyata keçirir".
Bizim.Media xəbər verir ki, bu sözləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Böhranın aradan qaldırılması və yenidənqurmanın mərkəzində mənzil təminatı" adlı tədbirdə bildirib.
"Ağdam Xocavənd və Füzuli rayonlarında şəhərlər, kəndlər sıfırdan qurulur. Burada bir prinsipə riayət edirik: öncə mənzillərin qurulması. Biz daha yaxşı ağıllı şəhər sistemləri, texnologiyaya əsaslanan şəhərlər qurmağa çalışırıq. Şəhərlərdə innovativ mərkəzi isitmə sistemindən istifadə edirik ki, bu da yüzlərlə istixananı əvəz edir. Bizim qurduğumuz şəhərlər gələcəyə inamla baxan, dayanıqlı şəhərlərdir".
Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media