EN

"Azərbaycanda innovativ mexanizmlər tətbiq etməyə çalışırıq"

BAKI, 21 may. TELEQRAF

Biz daxili maliyyənin vacibliyini nəzərə alaraq Azərbaycanda innovativ mexanizmlər tətbiq etməyə çalışırıq.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Saziş” adlı tədbirdə çıxışında deyib.

O qeyd edib ki, son 20 ildə Azərbaycan sosial inklüzivliyi və maliyyə dayanıqlığını birləşdirən mənzil maliyyələşdirmə sistemi qurub.

"İpoteka Fondu bu sistemin institusional dayağına çevrilib. Statistikaya nəzər salsaq, fond 58 mindən çox ipoteka kreditini dəstəkləyib. Bu, 58 min ailənin bu mexanizm vasitəsilə dəstək alması deməkdir. Eyni zamanda, 9 min “kirayə alıb sahib olma” müqaviləsi bağlanıb. Bu da ailələrə əvvəlcə kirayəçi, daha sonra isə öz mənzillərinin sahibi olmaq imkanı yaradan əlverişli mexanizmdir".

Chosen
52
teleqraf.com

1Sources