EN

Anaklaudia Rossbax: Mənzil sektoru böhrandan sonrakı bərpa və iqtisadi inkişaf üçün əsas istiqamət olmalıdır

BAKI, 21 may. TELEQRAF

Mənzil sektoru böhrandan sonrakı bərpa və iqtisadi inkişaf üçün əsas istiqamətlərdən biri hesab olunmalıdır.

Teleqraf xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Mənzil böhrandan sonrakı bərpa və yenidənqurmanın əsası kimi” mövzusuna həsr olunmuş tədbirdə bildirib.

O qeyd edib ki, beynəlxalq maliyyə institutlarının portfelində mənzil layihələrinin payı hələ də çox azdır və bu sahəyə daha çox diqqət ayrılmalıdır.

A. Rossbax vurğulayıb ki, mənzil təminatı yalnız humanitar yardım deyil, həm də sosial kapitalın və icmaların gücləndirilməsi vasitəsidir:

“Yerli idarəetmə orqanlarının və xidmət sistemlərinin gücləndirilməsi uzunmüddətli bərpa prosesində əsas rol oynayır”.

O əlavə edib ki, mənzil sektoru geniş iqtisadi dəyər zəncirinə malikdir və bu sahəyə investisiya qoyuluşu yerli iqtisadi inkişafı sürətləndirə bilər.

Chosen
6
teleqraf.com

1Sources