EN

ABŞ aviadaşıyıcısının zərbə qrupu Karib dənizinə daxil olub

Nüvə enerjisi ilə işləyən təyyarədaşıyan USS Nimitz-in rəhbərlik etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı zərbə qrupu Karib dənizinə daxil olub. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı X sosial mediada elan edib.

Bəyanatda deyilir: "Karib dənizinə xoş gəlmisiniz, USS Nimitz aviadaşıyıcısının zərbə qrupu!".

Aviadaşıyıcı ilə birlikdə onun hava qanadı CVW-17, USS Gridley esminesi və təchizat gəmisi USNS Patuxent bölgəyə gəlib. Komandanlıq vurğulayıb ki, bu qüvvələr "döyüş hazırlığının zirvəsi, misilsiz zərbə məsafəsi və strateji üstünlüyü" təmsil edir.

Bəyanatda qeyd edildiyi kimi, "Nimitz" aviadaşıyıcısı dünyanın müxtəlif yerlərində - Tayvan boğazından Fars körfəzinə qədər - "sabitliyi təmin etmək və demokratik dəyərləri dəstəkləmək" baxımından dəfələrlə effektivliyini sübut edib. ABŞ Cənub Komandanlığının bəyanatı 20 mayda, ABŞ administrasiyasının keçmiş Kuba prezidenti Raul Kastroya qarşı ittihamlar irəli sürdüyü gün yayımlanıb.

Almaz Həsənli

Chosen
40
oxumeni.az

1Sources