EN

"Azərbaycan regionda ən böyük yenidənqurma və qayıdış proqramlarını həyata keçirir" - Emin Hüseynov

"Bu çağırış böhrandan sonra təkcə şəhərləri deyil, həm də həyatları, icmaları və ümidləri necə yenidən qurmaqla bağlıdır. Azərbaycan üçün bu tamamilə şəxsi bir məsələdir. Təxminən 30 il ərzində məcburi köçkünlər bir gün öz evlərinə və icmalarına qayıtmaq ümidi ilə yaşayıblar. Azad edilmiş ərazilərdəki bütöv şəhərlər, kəndlər dağıdılıb. Bəzi rayonlarda dağıntıların miqyası o qədər böyük idi ki, arxada xarabalığa çevrilmiş şəhər mənzərələri və çökmüş mənzil sistemləri qalıb".
 
Moderator.az xÉ™bÉ™r verir ki, bunu bunu AÄŸdam, Füzuli vÉ™ XocavÉ™nd rayonlarında AzÉ™rbaycan Prezidentinin xüsusi nümayÉ™ndÉ™si Emin Hüseynov BMT-nin Ümumdünya ŞəhÉ™rsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivÉ™sindÉ™ keçirilÉ™n “Böhrandan sonra mÉ™nzil bÉ™rpa vÉ™ yenidÉ™nqurma iÅŸlÉ™rinin mÉ™rkÉ™zindÉ™dir” mövzusunda tÉ™dbirdÉ™ deyib.
 
O bildirib ki, lakin yenidənqurma yalnız kərpic və betondan ibarət deyil: "Bərpa o zaman başlayır ki, insanlar öz doğma yurdunda gələcəyi yenidən təsəvvür edə bilirlər. Bu, "aidolma hissi" adlanır.
 
Bu gün Azərbaycan regionda ən böyük yenidənqurma və qayıdış proqramlarından birini həyata keçirir. Bərpa və yenidənqurma işlərinə böyük maliyyə vəsaitləri ayrılıb. Mənim təmsil etdiyim Ağdam, Füzuli və Xocavənd rayonlarında şəhər və kəndləri davamlılıq, inklüzivlik və dayanıqlılıq kimi uzunmüddətli baxışa əsaslanaraq tam təməldən yenidən qururuq".
 
Chosen
29
7
moderator.az

10Sources