Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kryu” ABŞ kubokunda 1/4 final matçını keçirib.
"Football-plus.az" xəbər verir ki, komanda “Nyu York Siti” ilə qarşılaşıb. Görüşdə “Kolumbus Kryu” qələbə qazanıb və yarımfinala yüksəlib - 1:0.
Nəriman da bu oyunda iştirak edib. O, start heyətində meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib. Komandasının 59-cu dəqiqədəki qolunun məhsuldar ötürməsini Nəriman verib.
“Kolumbus Kryu”nun yarımfinaldakı rəqibi “Orlando” olacaq.