Bu gün Azərbaycan 1-ci liqasında mövsümün sonuncu – 27-ci turuna start veriləcək.
QOL.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Şimal” “Cəbrayıl”la qarşılaşacaq. Xaçmaz təmsilçisi bu görüşdə xal itirəcəyi halda yarışı sonuncu pillədə başa vuracağı dəqiqləşəcək və liqanı tərk edəcək.
Digər görşdə isə 9-cu sırada yer alan “Difai” MOİK-in qonağı olacaq. “Difai”in qalib gələrsə, 1-ci liqada qalmaq uğrunda pley-offda oynamaq şansı qazanacaq.
21 may (cümə axşamı)
Azərbaycan I Liqası
27-ci tur
17:00. MOİK – “Difai”
Binə qəsəbə stadionu
17:00. “Cəbrayıl” – “Şimal”
Şamaxı OİK stadionu
22 may (cümə)
16:00. “Zaqatala” – “Şəfa”
17:00. “Şahdağ Qusar” – “Baku Sportinq”
17:00. “Mingəçevir” – “Səbail”
