EN

Ermənistan AİB-dən çıxır? - Mirzoyan açıqladı

"Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması hazırda gündəmdən kənardır və müzakirə edilə bilməz". 

"Unikal" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan deyib. 

"Ermənistanın AİB-dən çıxması məsələsi, Ermənistanın özü belə bir xahiş irəli sürməyincə və belə bir istəyi ifadə etməyincə müzakirə edilə bilməz. Və biz belə bir istəyi ifadə etməmişik. Buna görə də, bizim xaric edilməsi məsələsi müzakirə edilə bilməz. Bu, nizamnamədə nəzərdə tutulmayıb", - Mirzoyan bildirib.

Ermənistan xarici işlər naziri həmçinin qeyd edib ki, ölkəsinin Rusiya ilə münasibətləri gərginləşdirmək planı yoxdur. O,  İrəvanın tərəfdaşlığı davam etdirməyə sadiq olduğunu bildirib.

Xatırladaq ki,  Avrasiya İqtisadi Birliyi — 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. 

Gülayə Mecid

Chosen
25
unikal.az

1Sources