EN

ADB metro stansiyaları ətrafında hündür tikintini təşviq edir

ADB metro stansiyaları ətrafında hündür tikintini təşviq edir.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Asiya İnkişaf Bankının (ADB) Su və Şəhər İnkişafı üzrə direktoru Srinivas Sampath deyib.

O bildirib ki, ADB-nin maliyyələşdirdiyi metro layihələri çərçivəsində yerli hökumətlərlə birlikdə tranzit yönümlü şəhərsalma modeli tətbiq olunur.

Srinivas Sampath qeyd edib ki, strateji metro stansiyaları ətrafında daha yüksək tikinti sıxlığına icazə verilir və bununla yaşayış və iş məkanları nəqliyyata daha yaxın yerləşdirilir.

Onun sözlərinə görə, bu yanaşma həm şəhər məkanından daha səmərəli istifadəyə, həm də kommersiya imkanlarının genişlənməsinə şərait yaradır.

ADB rəsmisi vurğulayıb ki, bu model özəl sektorun infrastruktur obyektlərinin saxlanmasına marağını da artırır.

Srinivas Sampath əlavə edib ki, hökumətlər yalnız tikilən mənzil sayına fokuslanmamalı, yaradılan ümumi yaşayış məkanının keyfiyyətini və şəhərsalma balansını da nəzərə almalıdır.

Chosen
37
1
apa.az

2Sources