Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il 320s nömrəli sərəncamı ilə təsdiq edilmiş “2026-cı il üçün doktorant hazırlığı üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara qəbul planı”na əsasən aşağıda göstərilən ixtisaslar üzrə qəbul elan edir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına qəbul:
2507.01 – “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” – 1 yer (əyani)
2512.01 – “Ümumi və regional geologiya” – 1 yer (əyani)
2520.01 – “Bərk faydalı qazıntıların geologiyası, axtarışı və kəşfiyyatı, minerageniya” – 1 yer (əyani)
2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” – 1 yer (əyani)
2525.01 – “Neft və qaz yataqlarının işlənməsi və istismarı” – 1 yer (əyani)
2529.01 – “Xəritəşünaslıq, geoinformatika” – 1 yer (əyani)
Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı vasitəsilə 2026-cı il mayın 19-dan iyunun 9-dək təlimata uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Əlavə məlumat üçün İnstitutun “Elmi-təşkilati” şöbəsinə müraciət etmək lazımdır.
Telefon: 050 783 73 28; (012) 510-01-41 (143).