EN

Moskva-İrəvan qarşıdurması böyüyür

Tərəfdaşlarımızdan fərqli hərəkətlər, ən azından müqavilələrdə nəzərdə tutulan addımlar gözlədiyimiz vaxtlar və hadisələr olub, amma onları görmədik. Hər şey çox nisbidir.

Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Aysor.am” saytına verdiyi müsahibədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun açıqlamasını şərh edərkən bildirib.

Nazirin sözlərinə görə, İrəvan Ermənistan-Rusiya münasibətlərinə gərginlik qatmağa meylli deyil.

"Biz Ermənistan-Rusiya münasibətlərinə gərginlik qatmağa meylli deyilik; əksinə, tərəfdaşlığımızı normal məcrada davam etdirmək əzmindəyik", - deyə Mirzoyan qeyd edib.

Ararat Mirzoyan Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın AİB-ə üzvlüyü ilə bağlı açıqlamasına toxunaraq bildirib: "Ermənistanın AİB-dən çıxması məsələsi, özü ərizə təqdim edib belə bir istək bildirməyincə, müzakirə edilə bilməz. Biz belə bir istək bildirməmişik, ona görə də çıxma məsələmiz müzakirə edilə bilməz".

Chosen
20
publika.az

1Sources