EN

Qırğızıstan-Özbəkistan sərhədindəki buraxılış məntəqələri 24 saatlıq iş rejiminə keçib

BAKI, 21 may. TELEQRAF

Qırğızıstan-Özbəkistan sərhədindəki üç nəzarət-buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Sərhəd Xidməti məlumat yayıb.

Kadamcay-Avtodorojnı, Çeçme-Avtodorojnı və Ak-Kıya-Avtodorojnı buraxılış məntəqələri yay turizm mövsümü üçün tətbiq edilən yeni cədvələ uyğun olaraq fəaliyyətini bərpa edib.

Qeyd edilib ki, 24 saatlıq rejim sərhədi keçən vətəndaşlar üçün daha rahat şərait yaratmalı və nəzarət-buraxılış məntəqələrindəki yükü azaltmalıdır. Bu keçid məntəqələrindən yalnız Qırğızıstan və Özbəkistan vətəndaşlarına keçməyə icazə verilir. Üçüncü ölkə vətəndaşları üçün sərhəd keçid proseduru eyni olaraq qalır.

24 saatlıq rejim oktyabrın 1-dək qüvvədə qalacaq.

Chosen
30
teleqraf.com

1Sources