EN

Razi Nurullayev: “Forum Azərbaycana qlobal müzakirələrdə öz yanaşmalarını təqdim etmək imkanı verir”

Məlum olduğu kimi, Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) beynəlxalq ictimaiyyətin diqqətini yenidən Azərbaycana yönəldib. 

Tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən qonaqlar paytaxtda bir araya gəlir. Forumda 182 ölkənin təmsil olunması isə Azərbaycanın qlobal platformalarda artan rolunu və beynəlxalq əməkdaşlıq imkanlarını bir daha gündəmə gətirir. 

Belə geniş beynəlxalq iştirak Azərbaycan üçün hansı siyasi və diplomatik mesajları ehtiva edir? 

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev "Cebheinfo.az" - a açıqlamasında bildirib ki, 182 ölkənin WUF13-də təmsil olunması Azərbaycanın beynəlxalq nüfuzunu göstərir: 

"182 ölkənin Ümumdünya Şəhərsalma Forumunda təmsil olunması göstərir ki, Azərbaycan bu tip beynəlxalq platformalar üçün etibarlı və uyğun məkan kimi qəbul olunur. Bu, ölkənin beynəlxalq səviyyədə görünürlüyünü artırır və müxtəlif dövlətlər, institutlar və ekspertlər üçün Bakını dialoq məkanı kimi təqdim edir". 

Millət vəkili əlavə edib ki, eyni zamanda, belə geniş iştirak həm də tədbirin BMT çərçivəsində təşkil olunması ilə bağlıdır: 

"Bu, həm də Azərbaycanın qlobal müzakirələrdə iştirak etmək və öz yanaşmalarını təqdim etmək imkanlarını genişləndirir. Forum çərçivəsində qurulan təmaslar, fikir mübadiləsi və qeyri-rəsmi görüşlər gələcək əməkdaşlıqlar üçün zəmin yaradır. 

Bu baxımdan, tədbiri həm praktiki əlaqələrin inkişafı, həm də ölkənin beynəlxalq platformalarda daha aktiv iştirakının davamı kimi qiymətləndirirəm". 

Chosen
67
cebheinfo.az

1Sources