EN

"KOB-lar üçün WUF13 beynəlxalq tərəfdaşlarla əlaqə qurmaq imkanı verir"

BAKI, 21 may. TELEQRAF

Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi regionda ilk innovativ məskunlaşma modellərindən birinə çevrilib. Bu model bərpa olunan enerji, ağıllı idarəetmə sistemləri, dayanıqlı kənd təsərrüfatı və rəqəmsal dövlət xidmətlərini inteqrasiya edir.

Teleqraf xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov WUF13 çərçivəsində keçirilən “Davamlı, inklüziv və möhkəm şəhərlərin yaradılmasında mühüm töhfə verən KOBİ-lərin gücləndirilməsi” adlı tədbirdə çıxışında deyib.

O bildirib ki, Şuşa və Füzuli kimi şəhərlərdə aparılan genişmiqyaslı yenidənqurma və şəhərsalma işləri Azərbaycanın müasir, ekoloji baxımdan dayanıqlı və davamlı şəhər mühitləri qurmaq öhdəliyini əks etdirir:

“Bu layihələr inteqrasiya olunmuş və gələcəyə yönəlmiş şəhər inkişafının mühüm regional nümunələrinə çevrilir.

Eyni zamanda, Bakıda WUF13-ün keçirilməsi Azərbaycanın qlobal miqyasda dayanıqlı urbanizasiya, iqlim dayanıqlılığı və şəhər innovasiyaları ilə bağlı müzakirələrdə artan rolunun beynəlxalq ictimaiyyət tərəfindən tanındığını açıq şəkildə göstərir.

Bu Forum təcrübə mübadiləsi, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi və gələcəyin şəhərləri üçün innovativ həllərin müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayır.

KOB-lar üçün WUF13 həmçinin beynəlxalq tərəfdaşlarla əlaqə qurmaq, yeni biznes əməkdaşlıqları yaratmaq, qlobal qabaqcıl təcrübələri öyrənmək və dayanıqlı şəhər inkişafına töhfə verən innovativ məhsul, xidmət və həlləri nümayiş etdirmək üçün dəyərli imkanlar yaradır”.

Chosen
20
teleqraf.com

1Sources