EN

ABB şahmat çempionatının qalibi oldu!

(®) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının keçirdiyi banklararası şahmat çempionatı başa çatıb.

2016-cı ildən bəri artıq 9-cu dəfə keçirilən çempionatda bu il 13 bankdan 50-yə yaxın nümayəndə yarışıb. ABB-ni bu yarışda Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini Rauf Hacılı, Risk həlləri sahəsinin rəhbəri Rəsul Mənsimli, Fiziki kanallar və əməliyyat sahəsinin aparıcı proqramçısı Rəsul Əfəndiyev, Korporativ və KOS məhsullar sahəsinin proqramçısı Mehdi Məmmədov təmsil edib.

Komanda hesabında ABB bu il də çempionatın qalibi olub, növbəti 2-ci və 3-cü yerlərdə müvafiq olaraq Yelo Bank və Ziraat Bank qərarlaşıb.

Şəxsi hesabda isə ABB-nin Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini Rauf Hacılı birinci yerə çıxıb. 2-ci yeri ABB-nin Risk həlləri sahəsinin rəhbəri Rəsul Mənsimli qazanıb.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

 

Heydər ƏliyevHeydər Əliyev 103banklararası şahmat çempionatıAzərbaycan Banklar AssosiasiyasıAzərbaycan Şahmat FederasiyasıABB şahmat çempionuABB bank şahmat yarışmasıbanklararası turnir şahmatAzərbaycan bank sektoruYelo BankZiraat Bank Azərbaycanşahmat çempionatı 2026Azərbaycan şahmat xəbərləribank əməkdaşları şahmatkorporativ yarışlar AzərbaycanHeydər Əliyev ildönümü tədbiribanklararası idman yarışlarıABB qalib şahmatşahmat turniri AzərbaycanABB Rauf HacılıRəsul MənsimliRəsul ƏfəndiyevMehdi MəmmədovAzərbaycan Banklar Assosiasiyası tədbiribank sektorunda yarışkorporativ komanda yarışlarışahmat nəticələriAzərbaycan idman xəbərləri
Chosen
24
6
marja.az

7Sources