EN

Filip Dekort: Yaxın Şərqdəki böhran mənzil və şəhərsalma sahəsində mövcud həssaslıqları daha da artırır

Bakı, 21 may, AZƏRTAC

Yaxın Şərqdə davam edən böhran region ölkələrində mövcud sosial və iqtisadi problemləri daha da dərinləşdirərək mənzil və şəhərsalma sahəsində yeni çağırışlar yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) fövqəladə hallar üzrə direktoru Filip Dekort Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində BMT-Habitat və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkil etdiyi “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma təsirləri” adlı tədbirdə çıxışı zamanı səsləndirib.

O bildirib ki, böhranların təsiri yalnız münaqişə yaşayan ölkələrlə məhdudlaşmır, həm də regiondan kənarda ciddi sosial və iqtisadi nəticələr yaradır.

Müxbir - Səbinə Əlizadə

Chosen
23
azertag.az

1Sources