EN

ABŞ avtomobil nəhəngindən sensasiyalı qərar: Bu funksiya ləğv edildi RƏSMİ

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Elektrikli avtomobil istehsalçısı “Tesla” Hollandiyada yeni qərarı ilə diqqət çəkib. Şirkət yeni avtomobil sifarişlərində standart “Autopilot” funksiyasını tamamilə ləğv edib.

Avtosfer.az xəbər verir ki, “Tesla”nın onlayn sifariş platformasında edilən dəyişiklik nəticəsində Niderland Avropada “Autopilot” sisteminin standart konfiqurasiyadan çıxarıldığı ilk ölkə olub.

Şirkət məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, bu addım “Tesla”nın proqram təminatı və abunə əsaslı xidmətlərdən gəlir əldə etməyə yönəlmiş yeni strategiyasının Avropadakı ilk mərhələsi kimi qiymətləndirilir.

Yeni satış modelinə əsasən, Hollandiyada avtomobil sifariş edən müştərilər artıq yalnız “Full Self-Driving” (FSD) sistemi ilə qarşılaşırlar. İstifadəçilər bu funksiyanı avtomobili alarkən paket şəklində əldə edə və ya sonradan aylıq abunə modeli vasitəsilə aktivləşdirə bilərlər.

Məlumata görə, Tesla 2026-cı ilin əvvəlində ABŞ və Kanada bazarlarında da oxşar addım ataraq “Autopilot” funksiyasını standart paketdən çıxarıb və bütün sürücü yardım sistemlərini FSD platforması altında birləşdirib.

Bildirilir ki, şirkətin əsas məqsədi gələcəkdə dünya üzrə 10 milyon aktiv FSD abunəçisinə çatmaqdır. Hazırda isə qlobal miqyasda aktiv FSD istifadəçilərinin sayı təxminən 1,28 milyon nəfərdir.

Ekspertlər hesab edirlər ki, “Tesla”nın Avropada pilot region kimi məhz Hollandiyanı seçməsi təsadüfi deyil. Belə ki, Niderland FSD texnologiyasını rəsmi şəkildə təsdiqləyən ilk Avropa ölkəsi hesab olunur və burada fəaliyyət göstərən tənzimləyici qurumlar qitə üzrə bu texnologiyanın yayılmasında mühüm rol oynayır.

Eyni zamanda, ölkədəki “Tesla” istifadəçilərinin qısa müddət ərzində milyonlarla kilometr FSD sürüş məlumatı toplaması sistemin təkmilləşdirilməsi üçün vacib məlumat bazası formalaşdırıb.

Mütəxəssislər hesab edirlər ki, hazırda yalnız Niderlandda tətbiq olunan bu model yaxın gələcəkdə digər Avropa ölkələrində də istifadəyə verilə bilər. Bu isə “Tesla”nın Avropadakı satış və istifadə modelini tamamilə “FSD mərkəzli” sistemə çevirə bilər.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
avtosfer.az

1Sources