EN

Muslim Qazimi: UN-Habitat olaraq insan mərkəzli və inteqrasiya olunmuş yanaşmanı təşviq edirik

BAKI, 21 may. TELEQRAF

Biz UN-Habitat olaraq insan mərkəzli və inteqrasiya olunmuş yanaşmanı təşviq edirik.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İraq ofisinin rəhbəri Muslim Qazimi WUF13 çərçivəsində keçirilən “İraqın Ərbil şəhəri üçün İnteqrasiya olunmuş İrs və Əlverişli Mənzil Çərçivəsi” adlı tədbirdə çıxışında deyib.

O qeyd edib ki, İraq irs abidələrinin və mədəniyyətin qorunması və mühafizəsinə xüsusi həssaslıqla yanaşır:

“Bu baxımdan, bizim hədəf seçdiyimiz Ərbil şəhəri də özünəməxsus şəhərdir. Çünki Ərbil UNESCO-nun qeydiyyatında olan irs məkanıdır və burada da qoruma tədbirlərinin görülməsi vacibdir.

Xüsusilə, Qala (Citadel) bölgəsinin urbanizasiyanın genişlənməsi və mənzil tikintisinin artması səbəbindən ciddi təzyiq altındadır. Bu kontekstdə biz irsin qorunması ilə əlçatan mənzil təminatı arasında balans yaratmağa çalışırıq.

Ərbilin irs məkanları və mədəni mirası gələcək şəhər ambisiyalarına yol göstərəcək və biz irsin qorunmasını infrastrukturun yaxşılaşdırılması ilə paralel şəkildə həyata keçirməyə çalışırıq. İnfrastrukturun yaxşılaşdırılması da irsin qorunmasının əsas komponentlərindən biridir. Əks halda, bu abidələr müxtəlif risklər – iqlim şokları, dağıntılar və ya sürətli urbanizasiya səbəbindən daim təhlükə altında qala bilər”.

Chosen
14
teleqraf.com

1Sources