EN

Blokadaya baxmayaraq neftdən milyardlar QAZANIR

Səudiyyə Ərəbistanı mart ayında neft və neft məhsullarının ixracından 24,7 milyard dollardan çox gəlir əldə edib ki, bu da 2022-ci ilin oktyabrından bəri ən yüksək göstəricidir.

 Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" ölkənin statistika qurumuna istinadən məlumat yayıb.

Məlumata görə, gəlirlərin artması ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən hərbi əməliyyat və buna cavab olaraq İranın atdığı addımlarla bağlıdır.

Keçən ilin martı ilə müqayisədə Səudiyyə Ərəbistanının neft və neft məhsulları ixracının dəyəri 37% artıb. Hörmüz boğazı vasitəsilə dəniz nəqliyyatında məhdudiyyətlərə baxmayaraq, ölkə ixrac kanallarındakı azalmanı qismən boru kəmərləri və Qırmızı dəniz limanlarından istifadə etməklə kompensasiya edə bilib.

"Goldman Sachs" həmçinin bildirir ki, Səudiyyə Ərəbistanının neft və neft məhsulları ixracından əldə etdiyi həftəlik orta gəlirlər ABŞ-İsrail əməliyyatından əvvəlki dövrlə müqayisədə 10% daha yüksəkdir.

Musavat.com

Chosen
16
musavat.com

1Sources