EN

Çin futbolunda “cəza sunamisi”

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Çin futbolunda “cəza sunamisi”

Çin Futbol Assosiasiyasının (CFA) İntizam və Etika Komitəsi danışılmış oyunlar, mərc və korrupsiya ilə bağlı növbəti sərt qərarlarını açıqlayıb.

QOL.az xəbər verir ki, bu barədə federasiyanın yaydığı açıqlamada bildirilir.

17 nəfər futboldan ömürlük uzaqlaşdırılıb, daha 48 nəfərə isə 5 il və ya daha az müddətə cəza tətbiq edilib.

Bundan başqa, “Meyçjou Hakka” klubu 6 xal silinməsi cəzası alıb və 800 min yuan məbləğində cərimələnib.

Ömürlük futboldan uzaqlaşdırılanlar arasında “Şençjen”in sabiq baş meneceri Li Syaoqan, “Meyçjou Hakka”nın keçmiş baş meneceri Cao Yan, “Sindzyan Tyanşan”ın sabiq baş məşqçisi Li Tszyun və bir sıra digər klub rəhbərləri yer alıb. Onlar danışılmış oyunlar, rüşvət və nəticələrin manipulyasiyasında ittiham olunublar.

5 illik cəza alanlar sırasında isə keçmiş hakim Çen Sin, “Quançjou Everqrand”ın sabiq rəhbəri Qao Han, “Şanxay Şenhua”nın keçmiş prezidenti U Syaohuey və başqa futbol funksionerləri var.

Qeyd edək ki, Çində futbolda korrupsiyaya qarşı mübarizə son illər daha da sərtləşib. 2024-cü ildə ölkə millisinin sabiq baş məşqçisi Li Te 20 il həbs cəzası almışdı. Çin Futbol Assosiasiyasının keçmiş prezidenti Çen Süyuan isə rüşvətə görə ömürlük həbs olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
qol.az

2Sources