EN

İdeal kişini ilk baxışdan müəyyən edəcək 6 xüsusiyyət

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İdeal kişini müəyyən edəcək altı üz cizgisi var.

Lent.az xarici mediyaya, istinadla məlumat verir ki, ideal kişini üz cizgilərinə görə müəyyən etmək olar. Qədim Çin metodologiyası olan Mian Sian bundan bəhs edir. Bu təcrübənin və ənənəvi Çin təbabətinin tərəfdarları iddia edirlər ki, gözlərin, burnun və ya qaşların forması tərəfdaşın etibarlılığına, emosional sabitliyinə və gələcək rifahına birbaşa işarə edir.

Tarixən bu sistemdən hələ Çin imperator sülaləsi dövründə dövlət vəzifələrinə namizədlərin seçilməsi və potensial həyat yoldaşlarının ailəyə sərvət gətirmə qabiliyyətinin qiymətləndirilməsi üçün istifadə olunurdu. Tam metodologiya "12 saray" və "üzün 100 illik xəritəsi" adlanan prinsiplərə əsaslanır. Bununla belə, onun sadələşdirilmiş versiyası gələcək ərin müsbət keyfiyyətlərini göstərən altı əsas zonanı fərqləndirir.

İdeal kişinin altı üz cizgisi

Mian Sian qanunlarına görə, sadiq, qayğıkeş və varlı bir həyat yoldaşının ideal əlamətləri aşağıdakılardır:

Dairəvi və ya badamı gözlər ("maral gözləri"): xeyirxah qəlbə, emosional açıqlığa, yüksək empatiyaya və romantizmə dəlalət edir;

Sıx, sağlam və yüngülcə qövsvari qaşlar: emosional yetkinliyə, rasional təfəkkürə, sakit xarakterə və həyatın çətinliklərini dəf etmək bacarığına işarə edir;

Ətli və ya ucu yumru burun: çalışqanlığın, səxavətin, maliyyə uğurunun və ailənin maddi sabitliyini təmin etmək bacarığının əsas göstəricisidir;

Dairəvi çənə: ailə dəyərlərinə sadiqliyi, etibarlılığı və ömür boyu davam edən firavanlığı simvolizə edir;

Dolğun və düzgün dodaqlar: mehribanlığı, yüksək ünsiyyət bacarıqlarını, stressizliyi və hissləri açıq şəkildə ifadə etmək qabiliyyətini əks etdirir;

Böyük və ətli qulaq seyvanları: müdriklik, səbr, yüksək özünüidarəetmə və uzunmüddətli həyat sabitliyinin əlaməti hesab olunur.

Müasir fizioqnomika həvəskarları Mian Sian sisteminə görə ideal cizgilərə malik olan məşhur Hollivud aktyorlarını tez-tez nümunə gətirirlər. Xüsusilə, Kianu Rivzin. Onun yumşaq gözləri və böyük qulaq seyvanlarına görə, Kris Hemsvortun adı sıx qaşları və balanslaşdırılmış üz quruluşuna görə çəkilir.

Rayan Qoslinq, Harri Staylz, Pedro Paskal, Tom Hiddlston, Devid Bekhem və Maykl B. Cordan isə sadiqlik və zəka ilə əlaqələndirilən dairəvi cizgiləri, ifadəli gözləri və dolğun dodaqları ilə fərqləndirilirlər.

Sevda Rumi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
lent.az

1Sources