ain.az bildirir, Fanat saytına əsaslanaraq.
Almaniyalı baş məşqçi Tomas Tuxel dünya çempionatına hazırlaşan İngiltərə millisinin heyətini təsdiqləməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, 60 illik sindroma son qoymağı hədəfləyən ingilislər Xorvatiya, Qana və Panama ilə birlikdə L qrupunda yer alıb.
İlk oyun 17 iyunda Texas ştatının Arlington şəhərində Luka Modriçin komandasına qarşı keçiriləcək.
İngiltərə millisinin mundial üçün yekun heyəti mayın 22-si, cümə günü Londondakı "Uembli" stadionunda açıqlanacaq. 26 nəfərlik heyət "The Independent"in canlı yayımı ilə təqdim edəcək. Aparıcı Kayl Uokerin aparacağı verilişdə İngiltərə millisinin keçmiş oyunçuları Daniel Starric və Teo Uolkott da yer alacaq.
Heyət müəyyənləşdikdən sonra Tuxel və onun komandası iyunun əvvəlində təlim-məşq toplanışını üçün Floridaya gedəcək. Bu toplanışa Yeni Zelandiya (6 iyun) və Kosta Rika (10 iyun) ilə iki yoldaşlıq oyunu da daxil olacaq.
Mirağa
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.