EN

“Azərbaycan qadınına olan yüksək münasibətimi həmişə göstərmişəm” Kamal Abdulla

ain.az, 525.az portalına istinadən məlumat verir.

“Mənim son müsahibəmdə qadınlarla bağlı dediyim fikirləri təəssüf ki, yarımçıq şəkildə “Qafqazinfo” saytının manşetinə çıxarıblar. Bu fikrə kontekstdə yanaşmaq lazımdır. Kontekst isə ondan ibarətdir ki, elə qadınlarımız var, öz potensialından istifadə edərək, cəmiyyətimizin müxtəlif istiqamətlərində öz işlərini və bacarıqlarını göstərirlər. Bu, bizim müasir həyatımızda öz əksini normal şəkildə tapıb”.

525.az xəbər verir ki, bu sözləri Xalq yazıçı, akademik Kamal Abdulla deyib.

O, müsahibədə heç bir qəribə fikir səsləndirmədiyini vurğulayıb:

“Ona görə də, müsahibəni oxumayanlar, ancaq manşetdəki fikirdən çıxış etdikləri üçün, özlərinin anladıqları şəkildə qoyduqları fikrə tam layiqdirlər. Mənim Azərbaycan qadınına, Azərbaycan qadınının cəmiyyətdə tutduğu yerə münasibətim bütün yaradıcılığım üzrə özünü göstərib. Mən həmişə belə məsələlərə son dərəcə tolerant, son dərəcə normal münasibət bəsləmişəm. Azərbaycan qadınına olan humanist, mənəvi və yüksək münasibətimi həmişə göstərmişəm. Ana, qadın sevilməyə və hər cür itaətə layiq olan simvoldur”.

Sevinc Qarayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
525.az

1Sources