EN

Canni İnfantino Sabah ı çempionluq münasibəti ilə təbrik edib

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubla "Sabah" Klubunu Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün qalibi olması münasibətilə təbrik edib.

Bu barədə BAKU.WS-ə AFFA-dan məlumat verilib.

Məktubun məzmununu diqqətinizə çatdırırıq:

Cənab Rövşən Nəcəf Prezident Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

Sürix. 20 may 2026-cı il

"Sabah" FK-ya təbrik

Hörmətli prezident, Bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu "Sabah" FK-nı təbrik etməkdən məmnunam! Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.

Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm. Hörmətlə,

Canni İnfantino

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
13
baku.ws

10Sources