Bakı, 21 may, AZƏRTAC
Şuşa şəhərində bərpa layihələri, tarixi abidələrin konservasiyası davam edir. Tək bu il biz 15 abidədə konservasiya işlərinə başlayacağıq. Paralel olaraq, bir neçəsində də restavrasiya işləri aparılacaq.
Bunu AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərsalmanın yenidən qurulması - Azərbaycan şəhər transformasiyası üçün İnnovasiya Laboratoriyasını necə yaratdı?” mövzusunda tədbirdə iştirak edən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O bildirib ki, şəhərdə, eyni zamanda, yeni uşaq bağçasının, avtovağzalın tikintisinə başlanacaq.