Aktual.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O bildirib ki, vətəndaşlar Şuşa şəhərində inşa olunan 43 çoxmərtəbəli binaya köçürüləcəklər:
"Gələn il təxminən 9 ailə Şuşaya köçürüləcək. Kəndlərə isə ilkin mərhələdə 50 ailə köçürüləcək".
A.Kərimov qeyd edib ki, Şuşaya tək dövlət yox, özəl sektor da investisiya yatırıb:
"Şuşaya bu günə qədər ümumilikdə, təxminən 100 milyon manatdan çox vəsait xərclənib".