EN

BMT-nin dayanıqlı şəhərlər elçisi: WUF13 qlobal konsensusun praktik rəqəmsal alətlərə transformasiyasına kömək edir

Bakı, 21 may, AZƏRTAC

WUF13 şəhərsalma sahəsində qlobal strategiyalardan praktik həllərə keçid üçün vacib platformadır.

Bu barədə AZƏRTAC-a verdiyi müsahibədə “Healthy Cities” təşkilatının təsisçisi, ətraf mühit, su, infrastruktur və tikinti sahələrində innovasiya və layihələr üzrə mütəxəssis, UNESCO-IHE Daşqınlara Davamlılıq Tədqiqat Qrupunun həmtəsisçisi və BMT-nin dayanıqlı şəhərlər üzrə elçisi Sebastian van Herk bildirib.

Onun sözlərinə görə, şəhərsalmanın hazırkı mərhələsi siyasət və məlumat səviyyəsində artıq məlum olanlarla yerlərdə real olaraq həyata keçirilənlər – dayanıqlı inkişafın ümumi konsepsiyaları ilə insanların həyatına təsir edən konkret tədbirlər arasındakı boşluğu dərhal aradan qaldırmağı tələb edir.

Bu kontekstdə o, WUF13-də UN-Habitat və ÜST tərəfindən birgə təşkil edilən və şəhərlərin gələcəyini ictimai səhiyyə prizmasından müzakirə edən “Sağlam evlərin nəbzi” (“Pulse of Healthy Homes”) sessiyası kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.

Ekspert, həmçinin bildirib ki, WUF13 qlobal konsensusun yerli səviyyədə uzunömürlüyə, əqli sağlamlığa və icmaların dayanıqlığına birbaşa təsir edən praktik rəqəmsal vasitələrə transformasiyasını asanlaşdırır.

Müxbir – Tamilla Məmmədova

Chosen
3
2
azertag.az

3Sources