EN

“Ən biabırçı hərəkətlərimdən biri idi” Etiraf VİDEO

Apasport portalından alınan məlumata görə, ain.az xəbər verir.

İtaliya futbolunun əfsanələrindən Françesko Totti karyerasının ən qalmaqallı epizodlarından birini xatırlayıb.

Apasport.az xəbər verir ki, sabiq “Roma” kapitanı İtaliya Kubokunun finalında Mario Balotelliyə qarşı etdiyi kobud hərəkətdən danışıb.

Totti həmin epizodu həyatında etdiyi “ən biabırçı hərəkətlərdən biri” adlandırıb:

“Həyatımda etdiyim ən biabırçı hərəkətlərdən biri idi. İtaliya Kubokunun finalı idi, əsəblər onsuz da son həddə çatmışdı... Üstəlik, həmin gecə Balotelli bildiyiniz Balotellinin ən pik versiyası idi. Dayanmadan danışır, təxribata çəkir, romalılara söz atırdı. Ehtiyat oyunçular skamyasında öz-özümə deyirdim ki, meydana çıxsam, bunu məhv edəcəyəm.

Ranieri məni ikinci hissədə oyuna buraxdı, amma “İnter” bizdən daha yaxşı idi. Matç əldən gedirdi, mən də getdikcə daha çox özümü itirirdim. Oyunun sonlarına doğru Mario ilə yan xəttdə mübarizə apararkən mənə tərəf dönüb nəsə pıçıldadı, ardınca da təhqir etdi. Həmin an qırılma nöqtəsi oldu. Artıq top məni maraqlandırmırdı, düşündüyüm tək şey onu yerə sərmək idi. Arxadan elə girdim ki, birbaşa topuğuna dəydim. Qırmızı kart? Burada müzakirə ediləsi heç nə yoxdur, sonuna qədər haqq edirdim. Hakimə belə baxmadan paltardəyişmə otağına getdim.

Ən qəribə tərəfi nə idi, bilirsiniz? “İnter”dən heç kim üstümə gəlmədi. Çünki hamı Marionun necə biri olduğunu bilirdi. Hətta həmin an komanda yoldaşlarının belə ona əsəbiləşdiyini hiss edirdim. “Olimpiko” da məni fitə basmadı, əksinə, alqışladı. Artıq vəziyyətin nə qədər gərgin olduğunu özünüz təsəvvür edin".Totti illər sonra Balotelli ilə milli komandanın düşərgəsində qarşılaşdığını və onunla səmimi şəkildə barışdığını da əlavə edib.

"İllər sonra milli komandanın düşərgəsində qarşılaşdıq. Açığı, bir az utanırdım. Axı az qala adamın ayağını qoparmağa çalışmışdım. Amma Mario gəldi, məni qucaqladı, çox səmimi danışdı. O köhnə üsyankar uşaq artıq yox idi, böyümüş, yetkinləşmişdi.

Həmin gecə mənə bir şeyi yenidən göstərdi: futbolda təkcə istedad kifayət etmir. Əvvəlcə hörmət etməlisən, sonra özünü sübut etməlisən, ən sonda isə danışmalısan”.

Tarixdə bu gün: Braziliya 5-ci dəfə dünya çempionu oldu

Tarixdə bu gün: Argentina ilk dünya çempionluğunu qazanıb

Tarixdə bu gün: Futbolun əfsanəsi Lionel Messi 38 yaşını qeyd edir

Tarixdə Bu Gün: “Puerta 12” Faciəsindən 57 İl Ötür

Dris Mertens Kimdir? "Qalatasaray"ın Karyerasını Bitirən Maestrosu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
apasport.az

2Sources