Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “EFES - 2026” çoxmillətli birgə müştərək təliminin Yüksək Səviyyəli Müşahidəçi Gününə qatılıb.
Bu barədə Türkiyə Prezidentinin Ofisi məlumat yayıb.
Türkiyənin İzmir vilayəti ərazisində keçirilən təlimin Yüksək Səviyyəli Müşahidəçi Gününə qatılanlar sırasında bir çox ölkələrin yüksəkrütbəli hərbçiləri, o cümlədən Azərbaycanın müdafiə naziri Zakir Həsənov da olub.
Qeyd edək ki, “EFES - 2026” çoxmillətli birgə müştərək təlimi Azərbaycan Ordusunun və ümumillikdə 50 ölkədən 10 min 300 hərbi qulluqçunun iştirakı ilə keçirilir.





