EN

Madyar: Soros mənim qəhrəmanım deyil

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Macarıstan Baş naziri Peter Madyar macarəsilli amerikalı maliyyəçi Corc Sorosu “ölkə demokratiyasına töhfə verən qəhrəman” hesab etmədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində danışıb.

Jurnalist Sorosu qəhrəman hesab edib-etmədiyi soruşduqda Madyar belə cavab verib:

“Qətiyyən yox. O, heç bir şəkildə Macarıstanda demokratiyanın simvolu deyil, əlbəttə, iqtisadiyyatlarını məhv etdiyi Böyük Britaniya və ya Hindistanda belə deyil. Soros siyasətçi deyil”.

Amerikalı milyarder İlon Mask bundan əvvəl Peter Madyarın “Tisa” Partiyasının Macarıstanda keçirilən parlament seçkilərində qələbəsini şərh edərkən Sorosun bu ölkədə hakimiyyəti ələ keçirdiyini iddia etmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
41
1
sherg.az

2Sources