EN

Taliban kişilərə doqquz yaşlı qızlarla evlənməyə icazə verib. » AzadMedia.az

Taliban


Taliban hakimiyyəti Əfqanistanda qızlar üçün minimum nikah yaşını ləğv edib. Bu barədə “The Times” nəşri məlumat yayıb.

Əfqanıstanlı hüquq müdafiəçisi Khoria Mosadik jurnalistlərə bildirib ki, yeni qanuna əsasən, qız uşağı 9 və ya 10 yaşında cinsi yetkinliyə çatarsa, o artıq rəsmi nikah yaşı hesab olunur.

Taliblər hakimiyyətə gəlməzdən əvvəl Əfqanıstanda nikah üçün minimum yaş həddi 16 idi. Yeni qərarla bu məhdudiyyət aradan qaldırılıb.

Məlumatda qeyd olunur ki, islam hüququnun ən qədim və geniş yayılmış sünni məktəblərindən birinə görə, cinsi yetkinliyin minimum yaşı 9 hesab edilir.

Bundan əvvəl “Taliban”ın ali lideri Hibatullah Akhundzada bəyan etmişdi ki, talib rejimi əfqan qadınlarını “ənənəvi təzyiqlərdən azad edib” və onlara “azad insan” statusu qaytarıb. O həmçinin vurğulamışdı ki, qadınların “İslam şəriətinə uyğun rahat və firavan həyat sürməsi” üçün zəruri addımlar atılıb və qadın problemlərinin əsas səbəbi 20 illik ABŞ işğalı olub.

Chosen
1
1
azadmedia.az

2Sources