EN

Ən abırsız və həyasız insanlar Azərbaycanda yaşayır

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müğənni Nadir Qafarzadə sosial şəbəkə istifadəçiləri ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Milli.Az xəbər verir ki, ifaçı instaqram hesabında paylaşdığı videoda bəzi insanların sosial mediada etik normaları aşdığını bildirib.

Hazırda Moskvada olduğunu deyən sənətçi burada insanların davranışlarının onu düşündürdüyünü vurğulayıb:

"Burada hava isti olsa da, küçədə açıq-saçıq gəzən insanlara rast gəlmədim. Amma bizdə yay gəlməmiş insanlar artıq soyunmağa başlayırlar".

Nadir Qafarzadə sosial şəbəkələrdə yayılan bəzi paylaşımları da tənqid edib:

"Sosial şəbəkələr baxımından deyirəm ki, ən abırsız və həyasız  insanlar Azərbaycandadır. 1-2 faiz yaxşılardan uzaq".

Müğənni xüsusilə bəzi kişi həkimlərinin sosial mediada açıq mövzularda danışmasına münasibət bildirib:

"Kişi həkimlərinə baxıram, hər şeyi açıq-aşkar danışırlar. Siz kişisiniz, pasiyenti otağa çağırın və lazım olanı orada izah edin. Hər şey sosial şəbəkədə danışılmalı deyil".

İfaçı qeyd edib ki, "abır" anlayışı bəzi insanlar üçün yalnız söz olaraq qalıb və cəmiyyət müəyyən sərhədləri aşmağa başlayıb:

"Abır insanı gözəlləşdirən xüsusiyyətdir. Bu, müasirlik deyil. Hər şeyin həddi aşılır".

Nadir Qafarzadənin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun dediklərini dəstəkləsələr də, digərləri bu açıqlamaları sərt hesab ediblər.

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
2
news.milli.az

3Sources