EN

Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

AzEdu.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür.

Belə ki, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yardımlı, Qusar, Balakən, Qax (Sarıbaş), Tovuz, Sabirabad, Salyan, Göygöl, Gəncə, Neftçala, Bərdə, Xızı, Şəmkir, Astara, Tərtər, Mingəçevir, Şəki, Şahdağ, Xınalıq, Tovuz arabir şimşək çaxır, yağış yağır.

Saat 11:41-11:46 radələrində Gədəbəy rayonuna diametri 11 mm olan, saat 15:37-15:39 radələrində Şəki şəhərinə diametri 10-12 mm, saat 16:04-16:10 radələrində isə Qax rayonunun Qaxbaş kəndinə diametri 8-10 mm olan dolu düşüb.

Chosen
1
22
azedu.az

10Sources