EN

CAR Prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Prezidenti İlham Əliyevi 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.Metbuat.az xəbər verir ki, təbrikdə deyilir: "Əlamətdar tarix - 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına öz adımdan və Cənubi Afrika Respublikasının Hökuməti və xalqı adından ən səmimi təbriklərimizi, xoş arzularımızı çatdırıram.Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasındakı mükəmməl dostluq münasibətlərini daha da inkişaf etdirmək niyyətimizi bir daha bəyan edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Chosen
40
12
metbuat.az

10Sources