BAKI, 21 may. TELEQRAF
Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün start tarixi müəyyənləşib.
Teleqraf xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
PFL-in qərarına əsasən, yeni mövsüm avqustun 14-də başlanacaq.
Qeyd edək ki, Premyer Liqada 2025/2026 mövsümü avqustun 15-də start götürmüşdü.