EN

Pezeşkian: İran müdafiə qabiliyyətinin gücləndirilməsi üçün tədbirlər görür

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran hökuməti ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, İran Silahlı Qüvvələrinin maddi-texniki təminatının qurulması və silahlanmada olan hərbi texnikanın modernləşdirilməsi üçün bütün zəruri tədbirləri görür.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İran ordusunun baş komandanı Əmir Hatəmi ilə görüşü zamanı bəyan edib.

"Hökumət silahlı qüvvələrə hərtərəfli dəstək verir və bundan sonra da müdafiə qabiliyyətinin gücləndirilməsi, İran ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması, silahların və operativ infrastrukturun modernləşdirilməsi, həmçinin çəkindirmə potensialının artırılması üzrə strateji planların icrasına tam şəkildə kömək etmək niyyətindədir", — deyə Pezeşkianın mətbuat xidməti onun sözlərindən sitat gətirib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
icma.az

1Sources