EN

WUF13 ün ən diqqət çəkən iştirakçıları Bizimyol a danışdı

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda keçirilən forum çərçivəsində Meksikadan olan iştirakçılar həm milli geyimlərini nümayiş etdirib, həm də Azərbaycan və forumla bağlı təəssüratlarını bölüşüblər.

Meksikadan olan Alex Koskakuatli bildirib ki, onun adı qədim Nahuatl dilindən gəlir və pre-İspan dövrünə aiddir. O, özünü Mexiko şəhərindən olan qədim döyüşçü kimi təqdim edib.

“Bu geyim Aztek döyüşçüsünün təsviridir. Burada yaquar döyüşçüsünün simvolu əks olunub. Bu hissə isə ölüm tanrısının təsviridir”, – deyə o qeyd edib.

Alex Koskakuatli Azərbaycanla bağlı təəssüratlarının çox müsbət olduğunu bildirib:

“Azərbaycan möhtəşəmdir. Bu ölkə çox istiqanlıdır. İnsanlar çox gözəldir. Hər kəslə tanış olmaq çox xoşdur. Dəvət aldığımız üçün xoşbəxtik”, – deyə o vurğulayıb.

Sərgidə iştirak edən digər nümayəndə Quadalupe isə forumun əsas məqsədinin müxtəlif mədəniyyətləri və fəaliyyətləri təqdim etmək olduğunu bildirib.

“Biz burada qəhvə mədəniyyəti haqqında danışırıq. Uşaqlar və böyüklər üçün müxtəlif fəaliyyətlər təşkil etmişik”, – deyə o qeyd edib.

Quadalupe geyimində istifadə olunan elementlərin mənasını da izah edib:

“Bu, ‘Popoka Copalli’dir. Kopal tüstüsü mənfi enerjini uzaqlaşdırmaq üçün istifadə olunur. Əlimizdəki alətlə isə ilan və yağış səsinə bənzər səslər çıxarırıq”, – deyə o bildirib.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
bizimyol.info

1Sources