EN

Türkiyə millisinin futbolçusu “Beşiktaş”a keçir

“Beşiktaş” Türkiyə millisinin üzvü Salih Özcanı heyətinə qatmağa yaxındır.

Msport.az xəbər verir ki, “qara qartallar” 28 yaşlı futbolçunun ilkin razılığını ala bilib.

Tərəflər arasında növbəti danışıq maliyyə məsələsi olacaq. Əgər “Beşiktaş”ın maaş təklifi də türk futbolçunu razı salarsa, 3 illik müqavilə imzalanacaq. “Borussiya”ya məxsus olan Salihin müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, 2022-ci ildən Dortmund klubunda oynayır. Buna qədər isə Türkiyə millisinin üzvü “Holşten Kiel”, “Köln”, “Volfsburq” klublarında da çıxış edib.

Chosen
1
1
msport.az

2Sources