Rusiya danışıqlar zamanı əldə edilə biləcək zənginləşdirilmiş uranla bağlı qərarların həyata keçirilməsində İran və ABŞ-a kömək etməyə tam hazırdır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bu barədə bildirib.
Zaxarova vurğulayıb ki, "Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə uyğun olaraq İranın dinc nüvə proqramını inkişaf etdirmək kimi ayrılmaz hüququna dair Rusiyanın prinsipial mövqeyini bir daha vurğulamaq istərdim. Bu hüququn necə həyata keçiriləcəyinə, o cümlədən uranın zənginləşdirilməsi və sərəncamında olan nüvə materialı kontekstində yalnız İran xalqı qərar verə bilər".
"Rusiya danışıqlar zamanı əldə edilə biləcək qərarların həyata keçirilməsində Tehran və Vaşinqtona lazımi dəstəyi göstərməyə tam hazırdır", - deyə o əlavə edib.
Zaxarova bildirib ki, bu məsələ yalnız siyasi və diplomatik yollarla, beynəlxalq hüquqa əsaslanaraq və İranın maraqları nəzərə alınmaqla həll edilə bilər. "Başa düşürəm ki, bu danışıqlar proseslərinin təfərrüatları ilə maraqlanırsınız, amma bu məlumat hələlik bağlı qapılar arxasında qalır", - deyə o qeyd edib.