EN

ABŞ artıq qlobal hegemon statusunu böyük ölçüdə itirib Hüsamettin İnaç

Sherg.az saytına istinadən ain.az xəbər verir.

“Rusiya və Çin Vaşinqtona qarşı ortaq cəbhə formalaşdırır”

“Amerikanın aqressiv siyasəti yeni dünya qarşıdurmasını sürətləndirir”

Beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verir. Xüsusilə Rusiya-Ukrayna, ABŞ-İran müharibəsindən sonra qlobal siyasətdə yeni gərginliklər yaranıb. Böyük dövlətlər arasında rəqabət artır, regional münaqişələr yenidən alovlanır. Beynəlxalq təşkilatların təsiri isə əvvəlki qədər güclü deyil. Eyni zamanda Çin və Rusiyanın yaxınlaşması, Yaxın Şərq və Asiyada artan gərginliklər dünyanın daha mürəkkəb və həssas dövrə daxil olduğunu göstərir.

Beynəlxalq siyasət üzrə ekspert Dr.Hüsamettin İnaç Sherg.az-a son bir neçə il ərzində və xüsusən də Ukrayna-Rusiya müharibəsi ilə birlikdə artıq Amerikanın hegemon kimliyini mühüm ölçüdə itirdiyini deyib: 

"Beynəlxalq hüququn, eyni zamanda İkinci Dünya Müharibəsindən sonra Amerikanın təsis etdiyi beynəlxalq qurumların demək olar ki, hamısı çöküb və funksiyasız hala gəlib. Dolayısıyla bu çöküş bir neçə mühüm nəticəyə yol açır.

Bunlardan birincisi, dünyanın hər tərəfində “frozen conflict” dediyimiz dondurulmuş münaqişə sahələrinin yenidən meydana çıxmasına səbəb oldu. Məsələn, Azərbaycan-Ermənistan müharibəsi bunlardan biridir. Eləcə də Liviyadakı parçalanma və dövlət quruculuğu məsələləri, yaxud Somalidə, Sudanda yaşadıqlarımız kimi hadisələr yaşanmağa başladı. Bu dövrdə Amerika çöküşünün fərqinə vardığı üçün hər yerə, yaralı heyvan kimi hücum etmdi. Çünki bir şəkildə hələ də qlobal hegemon güc olduğunu göstərmək və sübut etmək axtarışı var. Həm də bu itkinin bir şəkildə qarşısını almaq üçün ümidsiz mübarizə var. Ukrayna müharibəsində Ukraynanın yeraltı sərvətlərinə əl qoyması, Qrenlandiyaya göz dikməsi, Kanadanı istəməsi, Venesuelada etdiyi haqsız istila və işğal, Qəzzadakı soyqırıma göz yumması kimi hadisələr bunları göstərən ünsürlərdir".

Analitik bildirib ki, İranda Hörmüz boğazı üzərindən qlobal bir böhranın yaradılması Amerikanın gəldiyi nöqtəni və acizliyini göstərir:

"Digər tərəfdən burada Çinin getdikcə yüksələn gücə çevrildiyini, Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının bütün üzvlərinin- İngiltərə, Fransa, Almaniya, Amerika daxil olmaqla hamısının Pekini ard-arda ziyarət etməyə başladıqlarını görürük. Bu mərhələdə Şərqin qazandığı ciddi bir dövr aralığı söz mövzusudur. Xüsusilə məhz bu nöqtədə Rusiyanın ciddi şəkildə tənqidlər etməyə başlaması, Rusiya ilə Çin arasında artıq ciddi ittifaqın formalaşmağa başladığını göstərməsi baxımından olduqca önəmlidir. Çünki burada xüsusilə Tayvan üzərindən Çini qarışdırmağa çalışan Amerika, Ukraynanı bir şəkildə işğal etməsini mümkün edərək Rusiyanın başını bəlaya salmışdı. Amerikanın başı isə hazırda İranla dərddədir".

Ekspert vurğulayıb ki, Amerika Çinin Tayvan üzərindən məşğul edilməsi və zəiflədilməsini planlaşdırır:

"Bunun fərqinə varan Rusiya və Çin bir mənada birlikdə hərəkət edərək Vaşinqtonun bu aqressiv, imperialist və ekspansionist mövqeyinə qarşı çıxmağa çalışırlar. Çünki bunu bir yerdə dayandıra bilməsələr, bu Rusiya və Çinin savaşa daxil ola biləcəyi həm regional, həm də qlobal yeni böhranları tətikləyə bilər. Məsələn, İran belə davam edərsə, daha böyük ölçüdə bir münaqişə ünsürünə çevriləcək. Bu, Rusiya ilə Çinin də daxil ola biləcəyi qlobal müharibəni özü ilə gətirə bilər.

Məhz bunun qarşısını almaq üçün Zaxarova indidən Amerikanı çox ciddi şəkildə xəbərdar edir. Əslində o, bununla Amerika, Rusiya və Çin arasında bir anlaşmanın mümkün ola biləcəyini dünya ictimaiyyətinə bəyan edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
48
sherg.az

1Sources