EN

İspaniyalı ekspert: Urbanizasiyaya sürətli keçid lokal təşəbbüsləri aktual edir

Urbanizasiyaya sürətli keçid qlobal təcrübələrin və şəhərsalma sahəsində lokal təşəbbüslərin paylaşılmasını xüsusilə vacib edir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) On Üçüncü Sessiyası bu kontekstdə əsas beynəlxalq platformadır.

Bu barədə AZƏRTAC-a verdiyi müsahibədə ispaniyalı urbanist və ərazi təhlili üzrə ekspert Federiko Ramos Roman bildirib.

O, yerli şəhərsalma təşəbbüsləri çərçivəsində baş verənləri anlamaq üçün daha geniş qlobal perspektivə sahib olmağın vacibliyini bildirib.

Agentliyin həmsöhbəti hesab edir ki, dünyanın bir çox bölgəsində urbanizasiya prosesinin sürətlənməsi baxımından bu məsələ xüsusilə aktualdır.

Ekspert vurğulayıb ki, bugünkü mühitdə qlobal təcrübələri və yanaşmaları nəzərə almaq vacibdir, çünki bir çox ölkədə urbanizasiyaya keçid sürətlə baş verir və bu, kompleks təhlil və koordinasiya tələb edir.

Chosen
32
2
azerbaijan-news.az

3Sources