Bakı, 21 may, AZƏRTAC
Azərbaycan İrpenin qəlbində xüsusi yer tutur. Zərifə Əliyevanın xatirəsi şəhərimizdə yaşadılır. Onun adını daşıyan park və məktəb mövcuddur. Bu məktəb Ukraynada uşaqların Azərbaycan dilini öyrəndiyi yeganə təhsil müəssisəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Urbisiddən münaqişə sonrası yenidənqurmaya gedən yol” adlı tədbirdə Ukraynanın İrpen Şəhər Şurasının rəhbəri, şəhər meri vəzifəsini icra edən Anjela Makeyeva bildirib.
O qeyd edib ki, Azərbaycan dövlətinin dəstəyi sayəsində İrpendə "Linqvist" liseyi və şəhər poliklinikası yenidən fəaliyyət göstərir və şəhər sakinlərinin həyatını onlarsız təsəvvür etmək qeyri-mümkündür.