EN

Klinik ölüm keçirən britaniyalı cənnətdə İsa Məsihlə görüşündən yazdı

Qeyb Puaro adlı britaniyalı kişi klinik ölüm keçirib və İsa Məsihi şəxsən gördüyünü iddia edib.

«Mirror” qəzetinin məlumatına görə, o, 18 gün komada qaldıqdan sonra “Xilaskar”ın görünüşünü ətraflı təsvir edib. Podkastçı Lila Rouzla müsahibədə kişi Cənnətə qalxdığını iddia edib. O, İsanı təxminən 180-183 sm boyunda, tünd rəngli, şərq dərili və bir az qıvrım, orta uzunluqlu saçlı bir kişi kimi təsvir edib. Qeyb vurğulayıb ki, sözlər Məsihin əsl görünüşünü çatdıra bilməz. Onun fikrincə, məşhur “Turin Kəfəni” orijinala ən yaxındır, baxmayaraq ki, o da ilahi işığın yalnız kölgəsidir.

Kişi iddia edib ki, Rəbbin Ruhu tərəfindən oyanıb və bundan sonra yaddaşı bir neçə gün ərzində özünə gəlib. İndi dərin dindar bir xristian olan o, özünü cinlərin insanlar arasında münaqişələri necə qızışdırdığı, prezidentləri kuklalar kimi idarə etdiyi barədə hekayələr danışmağa həsr edib.

//Samir Qurbanov, Editor.az

Chosen
26
editor.az

1Sources