15 yaşınadək güləşçilər arasında Avropa çempionatı Bolqarıstanın Samokov şəhərində keçirilir və Azərbaycan sərbəst güləş yığmasının iki nümayəndəsi qızıl medallar qazanıb.Hüseyn Amraxlı (38 kq çəki dərəcəsi) finalda Estoniya idmançısı Daniel Samueli 9:0 hesabı ilə inamla məğlub edərək Avropa çempionu olub. Daha bir qızıl medalı Paşa Aslanov (44 kq) qazanıb, o finalda Ermənistan təmsilçisi Paşa Xodoyanı 4:1 hesabı ilə üstələyərək ən yüksək pilləyə qalxıb.Qeyd olunur ki, Avropa çempionatı 24 mayda başa çatacaq.