EN

İran Hörmüz boğazı üçün yeni qayda hazırlayır

ain.az, Moderator.az saytına istinadən bildirir.

"İran Omanla birlikdə Hörmüz boğazı vasitəsilə dəniz hərəkəti üzərində nəzarəti rəsmiləşdirəcək daimi rüsumlar sisteminin yaradılması məsələsini müzakirə edir".

Moderator.az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

"İran və Oman həm təhlükəsizliyin təmin edilməsi, həm də gəmiçiliyin ən səmərəli şəkildə idarə olunması üçün bütün resursları səfərbər etməlidir", - deyə İranın Fransadakı səfiri Məhəmməd Amin-Nejad agentliyə bildirib.

Diplomat boğazdan keçən xarici gəmilərdən rüsum alınmasının iqtisadi tərəfini əsaslandıraraq əlavə edib:

"Bu proses müəyyən xərclər tələb edəcək. Sözsüz ki, bu axından faydalanmaq istəyənlər də həmin xərclərdə öz paylarını ödəməli olacaqlar".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
0
5
moderator.az

8Sources