Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Si Szinpinin Vladimir Putinlə görüşdə “Beynəlxalq aləmdə qeyri-sabitlik yaşanır və bu “cəngəllik dünyasına” qayıtmaq təhlükəsi yaradır” cümləsi diqqət çəkib.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin 19-20 mayda Çinə səfəri haqda qeyd edib.
“Rusiyalı siyasətçilər və ekspertlər Si Szinpinin bu cümləsini İrana qarşı müharibəyə başlayan ABŞ-a aid edə bilərlər. Ancaq Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi də beynəlxalq qanunların kobud şəkildə pozulması və Si Szinpinin təbirincə desək, “cəngəllik dünyasına” qayıdışdır”, - o bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.