İsrail tərəfindən beynəlxalq sularda saxlanılan Qlobal Donanma fəallarını daşıyan üç təyyarə İsraildən yola düşdükdən sonra İstanbula çatıb.
Turkustan.az xəbər verir ki, Qəzza blokadasını pozmaq və həyati əhəmiyyətli humanitar yardım çatdırmaq üçün yola düşərkən beynəlxalq sularda İsrail ordusu tərəfindən hücuma məruz qalan Qlobal Donanmada saxlanılan fəalları daşıyan üç Türk Hava Yollarına (THY) məxsus təyyarə İstanbul Hava Limanına eniş edib.
Fəalları hava limanının VIP salonunda qohumları və bəzi rəsmilər qarşılayıblar.
Aytən Yaşar/ Turkustan.az