İndoneziyanın Açe əyalətində nikahdankənar münasibətdə olduqları bildirilən qadın və kişi partnyoruna ictimaiyyət qarşısında hər birinə 100 şallaq cəzası verilib.
Musavat.com xəbər verir ki, hadisə çoxsaylı insanların gözü önündə baş verib.
Banda Açe şəhərində həyata keçirilən cəza zamanı başdan ayağa qəhvəyi geyim və ağ maska taxan məmur cütlüyün kürəyinə şallaq vurub.
Kadrlarda gənc qadının cəza zamanı halının pisləşərək huşunu itirdiyi və əməkdaşlar tərəfindən daşındığı görünür. Kişi partnyorun isə ağrıdan üz-gözünü turşutduğu diqqət çəkib.
Müsəlman əhalinin üstünlük təşkil etdiyi İndoneziyada şəriət qanunlarının tətbiq olunduğu yeganə bölgə olan Açedə nikahdankənar münasibət, alkoqol qəbulu, qumar və eynicinsli münasibətlər kimi əməllər şallaq cəzası ilə cəzalandırılır. Yanvar ayında da bir cütlük alkoqol qəbul edib nikahdankənar münasibətdə olduqları səbəbilə ümumilikdə 140 şallaq cəzasına məhkum edilmişdi.
Könül
Musavat.com
Â