EN

Uçmuş evin dağıntılarının altında üç nəfərin meyiti aşkarlanıb

ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın fövqəladə xidmət əməkdaşları mayın 18-də partlayışdan sonra Qörlits şəhərində (Saksoniya federal əyaləti) uçmuş yaşayış binasının dağıntıları altından həlak olan üç nəfərin meyitini çıxarıblar.

Moderator.az xəbər verir ki, bu barədə DPA polisə istinadən məlumat yayıb.

Məlumata görə, ölənlər arasında bir kişi (ehtimal ki, 48 yaşlı yerli sakin), həmçinin 25 və 26 yaşlarında Rumıniya vətəndaşı olan iki qadın turist var.

"İtkin düşənlərin axtarışı başa çatıb", - polis nümayəndəsi əlavə edib.

Qeyd olunub ki, meyitlər ekspertizaya göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
54
5
moderator.az

6Sources