EN

Tevanyan barəsində cinayət işi başlandı Dövlətə xəyanət

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Çiçəklənən Ermənistan Partiyasından deputatlığa namizəd Andranik Tevanyan barəsində dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işi başlanıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, Tevanyan 2024-cü ildə xarici xüsusi xidmət orqanları tərəfindən ələ alınıb. İddia olunur ki, o, casusluq edib, eləcə də dövlət sirri təşkil edən məlumatları "xüsusilə külli miqdarda - 622 min ABŞ dolları məbləğində mükafat müqabilində" ötürüb.

Qeyd edək ki, ötən gün Baş nazir Nikol Paşinyan Tevanyanı dövlətə xəyanətdə ittiham edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
6
axar.az

7Sources